Baydenlə Zelenskinin ilk telefon danışığı oldu

baydenle-zelenskinin-ilk-telefon-danisigi-oldu
Oxunma sayı: 1621

ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, telefon danışığı haqda məlumat Ağ Ev tərəfindən yayılıb.

Bildirilir ki, Bayden ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Bundan başqa, Ağ Ev rəhbəri Zelenskinin korrupsiyaya qarşı mübarizə planını və demokratik dəyərlərə əsaslanan islahatların həyata keçirilməsini də dəstəkləyib.

Məlumata görə, telefon danışığı 30-40 dəqiqə davam edib.