Baydenlə Zelenskinin telefon danışığı oldu

baydenle-zelenskinin-telefon-danisigi-oldu
Oxunma sayı: 1272

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Co Baydenlə dialoqları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Zelenski öz Tviter hesabında paylaşım edib.

“Rusiyanın hərbi cinayətləri qiymətləndirildi. Müdafiə və mümkün makro-maliyyə yardımının əlavə paketi müzakirə edildi. Sanksiyaları gücləndirmək barədə razılığa gəldik”, - o qeyd edib.