Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, finalda “Kaiserslautern” və “Bayer” komandaları üz-üzə gəlib.
Görüş Leverkuzen (“Bayer”) təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 17-ci dəqiqədə Qranit Caka vurub.
Qeyd edək ki, komanda sonuncu dəfə Almaniya Kubokuna 1992-1993-cü illər mövsümündə sahib çıxmışdı.