Aygün Kazımova milli komandaya mahnı bəstələyib

aygun-kazimova-milli-komandaya-mahni-besteleyib
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, müğənni bu barədə AFFA-nın rəsmi saytına FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı fikirlərini bildirərkən deyib.

Aygün Kazımova deyib ki, hazırda Türkiyədən olan çəkiliş qrupu həmin mahnıya klip çəkilişləri ilə məşğuldur.

Uşaqlıqdan idmana həvəsi olduğundan danışan müğənni uzun müddət həndbolla məşğul olduğunu deyib: “Gənclərdən ibarət yığmanın kapitanı idim. İdman ustalığına namizədəm. Hətta bir müddət idman və musiqi sahəsi arasında seçim edərkən çətinlik çəkdim, tərəddüd edirdim”.

Aygün Kazımova bu kliplə və digər layihələrlərlə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə və yığmamızın əldə etdiyi nəticədən asılı olmayaraq, qızlarımıza dəstək olacağını bildirib: “Çünki bu qızların futbola gəlişi və mütəmadi qaydada idmanla məşğul olması özlüyündə bir qoçaqlıq və cəsarət nümunəsidir”.