Aygün Röyadan “40 min” baha...

aygun-royadan-40-min-baha
Oxunma sayı: 722

Hazırda Türkiyənin Bodrum şəhərində istirahət edən xalq artisti Aygün Kazımova Azərbaycana gələn kimi 70 min avro dəyərində klip çəkdirəcək. “Qafqazinfo”nun xalq artistinin mətbuat xidmətinə istinadən məlumatına görə, gələn həftə Bakıya qayıdacaq müğənni klipini Türkiyədə aranjeman olunan "Düşün məni" mahnısına çəkdirməyi planlaşdırıb.

Aygün Kazımova klipə görə bədən ölçülərini ən kiçik ölçüyə endirməyi də bacarıb. Belə ki, onun üçün hazırlanan paltarın ölçüsü S-dir. Geyimi məşhur dizayner Aşiş (Ashish) eksklüziv olaraq Aygün üçün hazırlayıb.
Geyim avqustun 26-da Londondan Bakıya gətiriləcək.

Qeyd edək ki, “Düşün məni”ni Türkiyədən gələcək 22 nəfərlik, bu ölkənin bir nömrəli peşəkar heyəti lentə alacaq. Bunun üçün avqustun sonunda Bakıya gələcək heyətin bütün avadanlıqları Türkiyədən gətiriləcək. Kazımovanın yeni klipi 5 müxtəlif kameralarla fərqli məkanlarda lentə alınacaq. Klip çəkilişləri 4 gun fasiləsiz davam edəcək və reklamı da Türkiyədə aparılacaq. Klip Aygün Kazımovanın istəyi və arzusu ilə ölkəmizin təqdimatı mövzusunda olacaq. Çəkilişlər üçün Bakıya gələcək komanda meqastar Tarkanın Acimiyacaq, eləcə də Ajda Pekkan, Sərdar Ortac, Funda Arar, Sıla, Murad Boz, Ozan Doğulu, Murad Dalkılıc, Gülşən və bir çox türk ulduzlarının kliplərini çəkib.

Yeri gəlmişkən, dediyimiz kimi klipin çəkiliş və reklam kampaniyası 70 min avroya başa gələcək. Bu da Azərbaycanın klip tarixində ən bahalı klip sayılacaq. Hələlik Azərbaycanda sonuncu ən bahalı klip (30 min manat) Röyanın “Sənə görə” mahnısına çəkilən klipi sayılır.

Nigar Məmmədli