Bayılda 1000 nəfərə ərzaq bağlamaları verildi

bayilda-1000-nefere-erzaq-baglamalari-verildi
Oxunma sayı: 738


 “Qafqazinfo” ya daxil olan məlumata görə, Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev tədbir iştirakçılarını salamlayıb və mübarək Ramazan ayı münasibəti ilə  onları təbrik etdi. Qeyd olundu ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də Azərbaycanda və eləcə də Səbail rayonunda bu münasibətlə iftar süfrərəli təşkil olunur, imkansızlara köməklik göstərilir. 

Ramazanla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   ilk növbədə yardıma ehtiyacı olan ailələr – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlər, rayon təsərrüfat xidmətlərinin işçiləri - ümumilikdə 1000 nəfər üçün ərzaq bağlamaları hazırlanmış və bu tədbirdə onlara paylanılıb.