“Baykar” Ukraynaya “Bayraktar TB2” verdi, ödəniş almadı

baykar-ukraynaya-bayraktar-tb2-verdi-odenis-almadi
Oxunma sayı: 3529

Türkiyənin “Baykar” şirkəti Ukraynaya iki “Bayraktar TB2” PUA-sı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, PUA-lar üçün şirkət ödəniş almayıb.

“Dövlətimizin ən çətin anlarında barışmaz və daimi dəstəyinə görə “Baykar”a sonsuz minnətdarıq”, - deyə qurumun açıqlamasında qeyd olunur.