“Bayraktar AKINCI B” ilk test uçuşunu yerinə yetirdi - Video

bayraktar-akinci-b-ilk-test-ucusunu-yerine-yetirdi
Oxunma sayı: 2891

Türkiyədə həyata keçirilən “AKINCI” layihəsi çərçivəsində “Baykar” şirkəti tərəfindən tamamilə yerli və milli imkanlarla hazırlanan “Bayraktar AKINCI” TİHA-nın (Taarruzi İnsansız Hava Aracı-pilotsuz zərbə aparatları) B modelinin ilk test uçuşu müvəffəqiyyətlə yerinə yetirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar Tvitterdə paylaşım edib.

Bayraktar AKINCI B sinfinin ən güclü və döyüş qabiliyyəti ən yüksək döyüş təyyarəsi kimi xidmət edəcək.

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda yerləşən Tədris və Test Mərkəzində həyata keçirilən sınaq uçuşu zamanı bu TİHA 1 saat 16 dəqiqə havada qalıb.