“Bayraktar Kızılelma” növbəti sınağında... - Video

bayraktar-kizilelma-novbeti-sinaginda
Oxunma sayı: 2327

Türkiyənin “Bayraktar Kızılelma PT-3” pilotsuz qırıcısı növbəti sınağından uğurla çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar “X” sosial media hesabında paylaşım edib.

“TRT Haber”in məlumatına görə, inkişafı üçün 1 milyard dollar ayrılan pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma” sınaqlardan keçməyə davam edir.

Pilotsuz qırıcının üçüncü prototipi həm dizayn, həm də struktur dəyişikliklərinə məruz qalıb. Son tədqiqatlarda PT-3 konfiqurasiyasında yeni bir mühərrik hazırlanıb.

Bu mühərrik supersonik (səsdən sürətli) uçuş qabiliyyətinə malikdir. İlk prototiplərdən daha güclü olan AI-322F tipli mühərrikə sahib olan təyyarənin yaxın vaxtlarda ilk uçuşunu da edəcəyi gözlənilir.

Qeyd edək ki, PT-3 sınaqları Tekirdağın Çorlu şəhərində aparılır.