“Bayraktar”ın Rusiya ordusuna vurduğu ziyan açıqlandı

bayraktarin-rusiya-ordusuna-vurdugu-ziyan-aciqlandi
Oxunma sayı: 5935

Türkiyənin “BayraktarTB2” pilotsuz uçuş aparatları Ukraynada Rusiyanın təqribən 600 milyon dollar dəyərində olan qabaqcıl silah sistemlərini məhv edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.

Bildirilir ki, müharibənin ilk günlərindən “Bayraktar TB2” PUA-ları Rusiyanın hava və raketdən müdafiə sistemlərini, komanda məntəqələrini, elektron döyüş mərkəzlərini, logistika karvanlarını məhv edib.

Ukraynada Rusiya hərbi texnikası və əsgərlərinin itkiləri:

Döyüş təyyarələri: 77

Helikopterlər: 90

Tanklar: 389

MLRS: 64

İHA: 8

Nəqliyyat vasitələri: 617

Əsgərlər: +12.000

Gəmilər/qayıqlar: 3

yanacaq çənləri: 60

Artilleriya Sistemləri: 150

Hava hücumundan müdafiə sistemi: 34

Zirehli Maşınlar: 1249