Bayram axşamı 50 yanğına çağırış olub

bayram-axsami-50-yangina-cagiris-olub
Oxunma sayı: 1266

Ötən gün bayram axşamında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 50 yanğına çıxış barədə çağırış daxil olub. 

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, bundan başqa, nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində  1 nəqliyyat qəzası və 4 digər hallarda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş tədbirlər nəticəsində yanğınların söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 7 nəfər xilas edilib.