Bayram gecəsi 2 nəfər zəhərləndi

bayram-gecesi-2-nefer-zeherlendi
Oxunma sayı: 1150

Bakıda bayram gecəsi iki nəfər zəhərlənib. "Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində istifadəyə yararsız avtomobil təkərləri və 220 kv.m sahədə məişət tullantısı yanıb.

Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib. Yaxınlıqdakı avtomobil sexi yanğından mühafizə olunub. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.