Bayram gecəsi də şiddətə qarşı çıxdı

bayram-gecesi-de-siddete-qarsi-cixdi
Oxunma sayı: 2273

Türkiyənin pop ulduzu Tarkan bayram günü şəxsi sosial media hesabından şiddətə qarşı yönələn paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, meqastarın yeni ilin gəlişinə 1 neçə saat qalmış sosial media üzərindən göndərdiyi mesaj olduqca müsbət qarşılanıb. Bir çox istifadəçi Tarkanın bu sözlərini paylaşaraq onun fikirlərini yüksək qiymətləndiriblər:

“Arzu edirəm ki, 2020-ci ildə uşaqlara və qadınlara qarşı şiddət, cinayət və hər cür pislik sona çatar”. 

Xatırladaq ki, Tarkan bu dəfə yeni ili Şimali Kiprdə keçirib. Səhnə üçün 2 milyon TL (591 min 200 AZN)  pul alan müğənni Yeni il gecəsində ən çox qonorar alan türk sənətçisi olub.