Bayram günləri “Azərişığ”a 1300-dək müraciət olub

bayram-gunleri-azerisiga-1300-dek-muraciet-olub
Oxunma sayı: 818

“31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik və Yeni il bayramları günlərində istehlakçıların elektrik enerjisinə olan tələbatı adi günlərdə olduğu kimidir”.

Bunu "Qafqazinfo"ya açıqlamasında “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. T.Mustafayevin sözlərinə görə, ötən illərə nisbətən bu il elektrik enerjisi kəsintilərinin də həcmi xeyli azalib:

“İstehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb. Bayram günləri “Azərişığ”ın 199 saylı çağrı mərkəzinə edilən müraciətlərin sayı da kəskin azalıb. Son 1 həftədə ümumilikdə 1277 müraciət daxil olub ki, onların da əksəriyyəti məlumat xarakterli olub”.

Xatırladaq ki, bayram günləri ilə əlaqədar olaraq “Azərişıq” gücləndirilmiş iş rejiminə keçmişdi.