Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Amerika rejissoru Tim Consonun çəkdiyi “Ev” cizgi filmi komediya, fentezi və macəra janrındadır.
Filmdə rolları Cim Parsons, Rihanna, Stiv Martin, Cenifer Lopez, Mett Cons, Derek Blankenşip, Brayan Stepanek və başqa aktyorlar canlandırıb.
Brayan Daffildin ssenarisi əsasında, rejissor Robert Şventkenin çəkdiyi “Divergent 2: insurgent” filmi triller, macəra və fantastika janrındadır.
Filmdəki rolları Şeylin Vudli, Teo Ceyms, Keyt Uinslet, Cay Kortni, Ensel Elqort, Maylz Teller, Zoi Kravits, Mekhay Fayfer, Naomi Uotss, Oktaviya Spenser və digər aktyorlar ifa ediblər.
Yeni filmlər sırasında olan “Snayper”i rejissor Klin İstvud çəkib. Ekran əsəri döyüş, dram və hərbi- bioqrafiya janrındadır.
Filmdəki obrazları aktyorlar Bredli Kuper, Sienna Miller, Kayl Qallner, Koul Konis, Ben Rid, Eliz Robertson, Lyuk Sanşayn, Troy Vinsent, Brendon Salqado, Keyr O’Donnell və başqaları canlandırıb.
“Kod adı K.O.Z.: maskeler düşüyor” filmini rejissor Celal Çimen kriminal janrında çəkib.
Film, son illər Türkiyədə baş verən siyasi hadisələrdən bəhs edir.
Filmdə baş rollarda Cem Kurtoğlu, Hazım Körmükçü, Tolga Karel, Günay Musayeva və başqaları canlandırıb.
Qeyd edək ki, şəhərin kiçik sakinləri üçün martın 23-dən 27-dək Nizami Kino Mərkəzində Fövqəladə Hallar Nazirliyinin strukturu olan Adil İsgəndərov adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi Novruz şənlikləri keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər