Bayram günlərində “ASAN xidmət” işləməyəcək

bayram-gunlerinde-asan-xidmet-islemeyecek
Oxunma sayı: 1531

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 31-dən yanvarın 4-dək "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, yanvarın 5-dən etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.