Bayram günlərində Bakıda 22 nəfər dəm qazından zəhərlənib

bayram-gunlerinde-bakida-22-nefer-dem-qazindan-zeherlenib
Oxunma sayı: 680


“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) məlumat verilib.

Məlumata görə, dekabrın 31-də 13 nəfər dəm qazından zəhərlənib. Onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 50 yaşında bir kişi isə ölüb.

Yanvarın 1-də isə 9 nəfər dəm qazından zəhərlənib, onlardan 7 nəfəri xəstəxanaya yerləşdirilib. Ölüm hadisəsi qeydə alınmayıb.

Ümumilikdə bayram günləri Bakıda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına müraciətlərin sayı xeyli artıb - 40-50 faiz. Hər gün üçün müraciətlərin sayı 1500-1600 olduğu halda, bayram günləri müraciətlərin sayı 2500-ə qədər artıb.

Dekabrın 31-də 2 min 497 çağırış, yanvarın 1-də isə 2 min 370 çağırış olub.

Çağırışların sayı əsasən böyüklərdə təzyiqlə bağlı çoxalıb, eyni zamanda uşaqlarla bağlı da çağırışların sayı artıb.