Bayram günlərində işıqlar sönməyəcək

bayram-gunlerinde-isiqlar-sonmeyecek-
Oxunma sayı: 690


Səhmdar Cəmiyyətdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, Novruz  bayramı üçün nəzərdə tutulan 8 gün ərzində stansiyaların keyfiyyətli və dayanıqlı fəaliyyətini təmin etmək üçün bütün müəssisələrdə məsul növbətçilər və əlavə qəza-bərpa briqadaları fəaliyyət göstərəcək. Eyni zamanda, həmin günlərdə qrafik üzrə planlaşdırılmış təmir işlərin aparılması nəzərdə tutulmur.   

Səhmdar cəmiyyətin Elektrik Enerjisinin Ötürülməsi idarəsi bildirib ki, istehlakçıların bayram günlərində elektrik enerjisinə artan tələbatlarının daha dolğun şəkildə ödənilməsi üçün  müvafiq tədbirlər planı hazırlanaraq  həyata keçirilib.  İlin əvvəlindən nəzərdə tutulan işlər yerinə yetirilib. Bütün elektrik verilişi xətlərinə və yarımstansiyalara növbədənkənar baxış keçirilib.  Əlavə mal – material ehtiyatı yaradılıb və növbətçi briqadaların sayı artırılıb. Bu briqadalar nəqliyyat vasitəsilə təmin olunub.