Bayram günlərində yol qəzaları - 4 ölü, 58 yaralı

bayram-gunlerinde-yol-qezalari
Oxunma sayı: 2400

Azərbaycanda bayram günləri baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

“Qafqazinfo”nun Lent.az-a istinadən verdiyi məlumata görə, yanvarın 2-də Respublika yollarında 12 yol-nəliyyat hadisəsi baş verib ki, nəticədə 1 nəfər ölüb, 14 nəfər isə yaralanıb. Yanvarın 1-də isə öplkədə ümumilikdə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dekabrın 31-də 4 yol qəzası 3 nəfərin həyatına son qoyub, 10 nəfər isə yaralanıb.

Hər bir faktla bağlı araşdırma aparılır.