Bayram günü 14 nəfər alkoqoldan zəhərlənib

bayram-gunu-14-nefer-alkoqoldan-zeherlenib
Oxunma sayı: 2082

Bayram günü, yəni dekabrın 31-də Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, 1 nəfər isə botilizmlə zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.