Bayram günü ev yanıb kül oldu

bayram-gunu-ev-yanib-kul-oldu
Oxunma sayı: 2983

Bu gün gecə saatlarında Şəki rayonunun Oraban kəndində Lətifov Vüqar Şəfaqət oğluna məxsus 5 otaqdan ibarət birmərtəbəli evdə yanğın baş verib.

“Qafqazinfo” nun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən üç yanğınsöndürən maşın və şəxsi heyət cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Evə bitişik tikilən digər tikililər yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Məmmədov