Bayram günü körpəsi oldu, bu gün öldü

bayram-gunu-korpesi-oldu-bu-gun-oldu
Oxunma sayı: 5302

Göygöl rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə xəstəxananın doğum şöbəsində qeydə alınıb.

Gəncə şəhər sakini Əhmədova Aygül Pəhləvan qızı dekabrın 31-də xəstəxanada körpə dünyaya gətirib. Bu gün isə körpə dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.