Bayram günü oğurluq edən qadın saxlanıldı

bayram-gunu-ogurluq-eden-qadin-saxlanildi
Oxunma sayı: 1206

Binəqədi polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qadın saxlanılıb. 

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, oğurluq hadisəsi ötən il dekabrın 31-də rayon ərazisindəki köşklərin birində qeydə alınıb. 

Köşkdən 3800 manat dəyərində tütün məmulatı, danışıq kartları, qulaqlıqlar və müşahidə kameraları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Məhərrəmova saxlanılıb.