Bayram günü sərxoş vəziyyətdə ölümə səbəb oldu

bayram-gunu-serxos-veziyyetde-olume-sebeb-oldu
Oxunma sayı: 2594

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 21-də saat 17 radələrində qeydə alınıb.

Sabunçu rayonu, Ramana qəsəbəsində naməlum avtomobil Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü İ. Abdullayevi vurub və hadisə yerindən qaçıb. Piyada isə aldığı xəsarətdən hadisə yerində vəfat edib. 

Sabunçu RPİ tərəfindən qəzanı törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü S.Ömərov sərxoş vəziyyətdə idarə etdiyi “KamAZ” markalı avtomobillə birgə saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.