Bayram namazının vaxtı açıqlandı

bayram-namazinin-vaxti-aciqlandi
Oxunma sayı: 4798

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, ilk bayram namazı avqustun 22-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 9:00-da isə Təzəpir  məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində Qurban bayramı namazı qılınacaq. 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəisə bayram namazını Təzəpir məscidində qılacaq.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 22-si və 23-ü qeyri-iş günüdür.