Bayram namazının vaxtı açıqlandı

bayram-namazinin-vaxti-aciqlandi
Oxunma sayı: 4617

Azərbaycanda bayram namazının vaxtı açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. 

O, bildirib ki, Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq: “Eyni zamanda, hər il olduğu kimi bu il də bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyx Allahşükür Paşazadənin iştirakı gözlənilir”.

Günel Türksoy