Bayram süfrəsində zəhərləndilər

bayram-sufresinde-zeherlendiler
Oxunma sayı: 2612

Bayram günü Tovuzda 5 nəfər qidadan zəhərlənib.

“Qafqazinfo” report-a istinadən xəbər verir ki, iki ailədə Hunanlar kənd sakini 35 yaşlı Nabat Məmmədova və 6 yaşlı övladı Hüseyn Məmmədov zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zərərçəkənlər ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

Bayram süfrəsi arxasına əyləşən Köhnə Qala kənd sakinləri 53 yaşlı İxtiyar Quliyev, 50 yaşlı həyat yoldaşı Roza və 20 yaşlı qızı Səmra Quliyeva isə kustar üsulla hazırlanan turşudan zəhərlənərək xəstəxanaya çatdırılıblar. Dərhal həkimlər tərəfindən yardım göstərilən ailə üzvlərindən atanın vəziyyəti normalaşsa da, ana və qızının səhhəti kafi olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib.