Bayram tətilinə gedən tələbə dəm qazından öldü

bayram-tetiline-geden-telebe-dem-qazindan-oldu
Oxunma sayı: 3858

Bakıdan Gəncəyə bayram tətilinə gedən tələbə dəm qazından boğularaq ölüb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Gəncənin Gülüstan qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, Bakıda təhsil alan tələbə, 1998-ci il təvəllüdlü Məmmədov Tural Uğur oğlu nənəsinin yaşadığı evdə hamamda çimərkən dəm qazından boğulub.

T.Məmmədov xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub. 

Faktla bağlı araçdırma aparılır. 

Elmar Əli