Novruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Məlumat üçün bildirək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər