Bayramda 53 mindən çox sərnişin daşınıb

bayramda-53-minden-cox-sernisin-dasinib
Oxunma sayı: 1618

ADY Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində şəhərətrafı və ölkədaxili marşrutlar üzrə 53 mindən çox sərnişini təhlükəsiz daşıyıb.

“Qafqazinfo” xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ən böyük artım Bakı-Ağstafa-Bakı marşrutu ilə səfər edən sərnişinlərin sayında qeydə alınıb.

Bu il bayram günləri münasibətilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilmədiyindən sərnişin sayı ötən ilə nisbətən az olub.