Bayramda "ASAN xidmət” neçə gün işləməyəcək?

bayramda-asan-xidmet-nece-gun-islemeyecek
Oxunma sayı: 1758

Novruz Bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri iş günü olacaq.

"Qafqazinfo"ya daxil olan məlumata görə, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərsiniz.

Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.