“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qarın hüdürlüyü Xızı rayonunun Altıağac qəsəbəsində 16 sm təşkil edib. Quba rayonunun Xaltan kəndində qarın hündürlüyü 15 santimetrdən çox, Qonaqkənd kəndində 8 sm, Nohurdüzü kəndində 5 sm, Xınalıq kəndində isə 3 sm olub.
Bundan əlavə, Lerik rayonunun dağlıq ərazisində qarın hündürlüyü 1 sm, Qobustanın Mərəzə qəsəbəsində isə 2 sm olub.
Azərbaycan sinoptikləri bəyan edirlər ki, hava bu gün axşamdan mülayimləşəcək, yağıntılar kəsəcək və temperatur yüksələcək.
Son xəbərlər
Son Xəbərlər