“Qafqazinfo” xəbər verir ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, əgər adi günlərdə təcili yardıma 1800-1900 müraciət daxil olurdusa, bayram günlərində müraciətlərin sayı 2200-dən çox olub.
Bayram günlərində poliklinikalar işləmədiyi üçün əsas yük təcili yardımın üzərinə düşür. Nəticədə bu günlərdə təcili yardıma daha çox müraciət daxil olur. Təcili yardıma müraciət edənlərin 9-10%-i xəstəxanalara yerləşdirilib.
Bayram günlərdə çağırışlar əsasən ürək, qan-damar sistemi, qan təzyiqinin artması, mədə-bağırsaq pozğunluğu və s. ilə əlaqədar olub.
Son xəbərlər
Son Xəbərlər