Bayramın səhəri bazarlarda vəziyyət necədir? - Video

bayramin-seheri-bazarlarda-veziyyet-necedir
Oxunma sayı: 4052

Bakıdakı bazarlarda dünənlə müqayisədə Yeni ilin ilk günü durğunluq yaşanır.

“Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, ötən günə nisbətən qiymətlərdə dəyişiklik demək olar ki, yoxdur. 

1 kiloqram hindquşu ətinin qiyməti 14-19 manata təklif olunur.

Bayram günlərində qaz ətinə də tələbat çox olur. Satıcılar bayramdan sonra qiymətin cüzi enəcəyini proqnozlaşdırırlar.

Meyvə-tərəvəz bazarında da bənzər vəziyyət yaşanır.

Satıcılar bu gün yaşanan durğunluğu insanların bölgələrdə istirahətdə olması ilə əlaqələndiriblər.