Bayramla Qiyasın məhkəməsi olacaq

bayramla-qiyasin-mehkemesi-olacaq
Oxunma sayı: 1185

Bu gün Xətai Rayon Məhkəməsində Bayram Məmmədov və Qiyasəddin İbrahimovun işi üzrə həbsin ev dustaqlığı və ya girovla əvəz edilməsinə dair vəsatətə baxılacaq.

Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov sosial şəbəkədə yazıb. Vəkil bildirib ki, məhkəmə prosesin Bəxtiyar Məmmədovun sədrliyi ilə saat 14:00-da baş tutacaq.

Qeyd edək ki, gənclər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (narkotik maddə saxlamaqda) ittiham olunur və barələrində ilkin olaraq 4 ay həbs qətimkan qərarı verilib.