Bayramov 9-cu oldu

bayramov-9-cu-oldu
Oxunma sayı: 727

Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışlarında növbəti görüşlər bu gün keçirilib.

“Qafqazinfo” xəbər verir ki, çəkisi 77 kq olan kişilər də körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Əfqan Bayramov medal mübarizəsinə qoşulub.

Atletimiz birdən qaldırma hərəkətində 132 kq-ı ram edib. O, təkanla qaldırmaa 165 kq-ı başı üzərinə qaldırıb. 

Əfqan Bayramov toplam 297 kq (132+165) nəticə ilə bu çəki dərəcəsində 9-cu yeri tutub.