Bayramov Çavuşoğlu ilə danışdı

bayramov-cavusoglu-ile-danisdi
Oxunma sayı: 1178

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu arasında növbəti telefon danışığı baş tutub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi aparıblar.