Bayramov Çavuşoğlunu Azərbaycana dəvət etdi

bayramov-cavusoglunu-azerbaycana-devet-etdi
Oxunma sayı: 1841

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, C. Bayramov həmkarının COVID-19 testinin pozitiv çıxması xəbərini təəssüflə qarşıladığını bildirib və onun tez bir zamanda tam sağalmasını diləyib.

C. Bayramov, həmçinin qısa müddətdə nazir Mövlud Çavuşoğlunu Azərbaycanda səfərdə görməkdən məmnun olacağını ifadə edib. 

Həmçinin oxuyun: Çavuşoğlu da koronavirusa yoluxdu