Bayramov Lavrovla üçtərəfli bəyanatların icrasını müzakirə etdi

bayramov-lavrovla-ucterefli-beyanatlarin-icrasini-muzakire-etdi
Oxunma sayı: 1400

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.