Bayramov polşalı həmkarı ilə görüşdü

Bayramov polşalı həmkarı ilə görüşdü
Oxunma sayı: 747

22 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri qismində Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Nazirlər ATƏT çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Bununla yanaşı tərəflər, Ermənistanın davamlı təxribatları, bölgədəki son gərginliyin səbəbi və nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.