Bayramovla Çavuşoğlu telefonla danışdı

bayramovla-cavusoglu-telefonla-danisdi
Oxunma sayı: 924

Bu gün Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ceyhun Bayramovla Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi üzrə müzakirələr aparılıb.

Nazirlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.