Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Həmçinin oxuyun: “За квартиру площадью 90 м² от нас требуют компенсацию в размере 1 200 000 манатов”
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə işlərin intensivləşməsini müzakirə ediblər.
Tərəflər, həmçinin gələcək əlaqələr barədə razılığa gəliblər.
***
Azərbaycan XİN də telefon danışığı ilə bağlı məlumat yayıb.
Bildirilir ki, bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli münasibətlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və bu istiqamətdə mövcud çətinliklər müzakirə edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son xəbərlər
Son Xəbərlər