Bayramovla Lavrov Moskva razılaşmasını müzakirə etdilər - Yenilənib

bayramovla-lavrov-moskva-razilasmasini-muzakire-etdiler
Oxunma sayı: 1189

Bu gün Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında növbəti telefon danışığı baş tutub.

“Qafqazinfo”nun Rusiya XİN-in rəsmi saytına istinadən məlumatına görə, nazirlər  Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə Moskvada əldə etdikləri razılaşmaların həyata keçirilməsini, həmçinin ikitərəfli və beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər.

***

Azərbaycan XİN telefon danışığı ilə bağlı açıqlama yayıb. Məlumatda deyilir:

Cari ilin 17 fevral tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən  10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.