Bayramovla Mirzoyanın görüşü başladı

bayramovla-mirzoyanin-gorusu-basladi
Oxunma sayı: 3121

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında ikitərəfli görüş başlayıb.

Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

Görüş ABŞ-nin Arlington şəhərində keçirilir.

Qeyd edək ki, mayın 1-də də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub.