Bayraq Günü Azərbaycan Universitetində də qeyd olunub

Bayraq Günü Azərbaycan Universitetində də qeyd olunub
Oxunma sayı: 430

Azərbaycan Universitetində 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor – müəllim heyəti və tələbə kollektivi iştirak edib. 

Tədbirdə Azərbaycan dövlətçiliyinin və onun simvollarından olan Azərbaycan bayrağının böyük tarixi yol keçdiyi və dövlət atributu kimi əhəmiyyəti vurğulanıb, yaranma tarixi, keçdiyi yol və Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq hər il noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günü elan olunub. Bildirilib ki, dövlət bayrağında əks olunan rənglər xalqımızın tarixini, milliliyini, öz müstəqilliyi uğrunda mübarizəsini əks etdirir, tariximizi və bu günümüzü göstərməklə yanaşı gələcəkdə atacağımız addımları da müəyyənləşdirir. 

Tədbir tarix ixtisası üzrə təhsil alan tələbələrin çıxışları ilə davam edib. Tələbələr Azərbaycan bayrağını tərənnüm edən şeirlər səsləndirib, hazırladıqları video-çarxları nümayiş etdiriblər.

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi