“Qafqazinfo”ya daxil olan məlumata görə, akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev tədbiri giriş sözü ilə açaraq müdavimləri salamlayıb, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb.
Sonra müdavimlər tağımlarla sıra meydanında öz yerlərini tutub və Polis andını qəbul ediblər.
Valideynlər adından çıxış edən Mədət Məmmədov bildirib ki, bu gün birinci kurs müdavimlərinin həyatında ən əlamətdar günlərdən biridir. Ali təhsil məktəbləri sırasında öz nüfuzu, yüksək elmi potensialı, güclü maddi-texniki bazası ilə seçilən Polis Akademiyasında təhsil almaq çox qürurverici və şərəflidir.
Son xəbərlər
Son Xəbərlər