Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
Azərbaycanın məşhur karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.
“Qafqazinfo”nun məlumatına görə, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz 3:0 hesabı ilə qalib gəlib.
Rafael 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani də 7:2 hesabı ilə udub.
O, yarımfinalda malayziyalı karateçini tam üstünlüklə məğlub edib - 5:0.
Xatırladaq ki, Rafael Ağayev İslamiadada Azərbaycanın bayraqdarı olub.
Son xəbərlər
Son Xəbərlər