Bayraqla birlikdə havaya qalxan əsgər yerə çırpıldı - Video

bayraqla-birlikde-havaya-qalxan-esger-yere-cirpildi
Oxunma sayı: 7713

Meksikanın Çiuaua ştatında bayraq qaldırma mərasimində gözlənilməz hadisə yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Raul Misal Flores adlı əsgər bayrağı qaldırarkən ayağı parçaya ilişib və bayraqla birlikdə 6 metr yüksəkliyə qalxıb.

Bayraq tam açıldıqda isə Raul hündürlükdən yerə çırpılıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan əsgər sinəsindən və ayaqlarından travma alıb, 3 qabırğası sınıb.

Hazırda vəziyyəti stabil olan Floresi qubernator Xavyer Korral ziyarət edib.