Aysel Teymurzadə Hadı Rəcəblinin oğlu ilə “Atəşgah Sığorta”nı alıb? - Yenilənib

aysel-teymurzade-hadi-receblinin-oglu-ile-atesgah-sigortani-alib-yenilenib
Oxunma sayı: 2906

Bu barədə “Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, onlar məsələ ilə bağlı dünən sığorta şirkətinin rəhbərliyi ilə müqavilə imzalayıblar.

Məsələ iləb bağlı H. Rəcəblinin oğlu Vüsal Rəcəbli də “Qafqazinfo”ya açıqlama verib. O, yayılan məlumatın həqiqətə uyğun olmadığını, “Atəşkəs”lə əlaqəsinin yalnız avtomobillərin sığortalanması ilə bağlı olduğunu deyib: “Mənim yeganə əlaqəm avtomobilləri üç ildir orada sığortalamağımla bağlıdır. Aysellə isə əlaqəm yoxdur. Mənim Nigar Camalla əlaqəm var. Bu da onunla bağlıdr ki, mən onların “Eurovizion” yarışmasında dəstəklənməsində öz bacardığım köməyi etmişəm. Nigar xanımın prodeseri ilə münasibətlərim olub. Qaldı ki, “Atəşgah”ı almağa. Mən heç o qədər pulu ömrümdə görməmişəm”.

Yaxın saatlarda məsələyilə bağlı “Atəşgah Sığorta”nın rəsmi məlumatını təqdim edəcəyik.

Nigar Məmmədli