AZAL darmadağın edildi

azal-darmadagin-edildi
Oxunma sayı: 714

Qəbələ şəhər stadionunda yerli “Qəbələ” klubu Bakı “İnter”i ilə üz-üzə gəlib. İlk “altılığ”a düşmək uğrunda mübarizə aparan “Qəbələ” klubu heç-heçəylə kifayətlənib. "İnter" isə ikinci pillədə mövqeyini bir qədər möhkəmləndirib

Günün digər qarşılaşması isə Sumqaytıda baş tutub. Burada yerli “Sumqayıt Şəhər” klubu Gəncənin “Kəpəz” komandasını qəbul edib və 4:1 hesabıyla qələbə qazanıb. Bu qələbə sayəsində sumqayıtlılar son pillədən yaxa qurtarıb.

Günün ən maraqlı gözlənilən görüşlərindən biri İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. Burada çempionatın lideri “Neftçi” AZAL-ı 7:1 hesabıyla darmadağın edib. Bununla onlar nəinki liderlik mövqeyini möhkəmləndirib, həm də cari Premyer Liqada ən böyükhedablı qələbəyə imza atıb.


11 dekabr (bazar)
Unibank Premyer Liqası, XVI turun oyunları

14:00. "Qəbələ" - "İnter" - 0:0
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Orucəli Durmuşov
Qəbələ. Şəhər stadionu

14:00. "Sumqayıt Şəhər" - "Kəpəz" - 4:1
Qollar: Sabir Allahquliyev, 15 (0:1), Kamil Nurəhmədov, 43 (1:1), Timur İsrafilov, 50 (2:1), Emin Mustafayev, 76 (3:1), Emin Mustafayev, 76 (4:1)
Hakimlər: Anar Salmanov, Elman Musayev, Vaqif Musayev, Anar Göyçayski
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Nüvər Xasıyev
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

14: 00. "Neftçi" - AZAL - 7:1
Qollar: Cavid Hüseynov, 3 (1:0), Bahadır Nəsimov, 10 (2:0 - pen), Bahadır Nəsimov, 20 (3:0 - pen), Bahadır Nəsimov, 30 (4:0), Cavid Hüseynov, 53 (5:0), Flavinyo, 56 (6:0), Zohair Benouahi, 64, Slavço Gergiyevski, 77, (7:1)

Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Yaşar Abbasov, Alik Yunusov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

10 dekabr
“Rəvan” – “Bakı” - 0:0
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Azər Əsgərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Dalğa Arena" stadionu
“Simurq” – “Turan” - 2:1
Qollar: Qərib İbrahimov, 76 (1:0), Robertas Poşkus, 80 (2:0),
Akif Tağıyev, 90+4 (2:1)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Əsədov, Elnur Muradov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Kərim Ağayev
Zaqatala. Şəhər stadionu
“Xəzər Lənkəran” – “Qarabağ” - 0:0
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Elşən Acalov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Lənkəran şəhər mərkəzi stadionu